ABŞ vətəndaşlarına xəbərdarlıq edildi

ABŞ vətəndaşlarına xəbərdarlıq edildi
  11 Yanvar 2014    Oxunub:1064
Olimpiadaya səfər etməyi planlaşdıran amerikalılar mümkün terror aktı təhlükəsini nəzərə almalıdırlar
ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına xəbərdarlıq edib. Rusiyanın Soçi şəhərində keçiriləcək Olimpiadaya səfər etməyi planlaşdıran amerikalılar mümkün terror aktı təhlükəsi, kriminal durum və tibb xidmətində nöqsanları nəzərə almalıdırlar.

AzVision.az qərb mətbuatına istinadən xəbər verir ki, bununla belə ABŞ-ın xarici işlər idarəsi konkret təhlükələrdən məlumatlı olmadığını vurğulayıb.

Xatırladaq ki, Federal Tədqiqatlar Bürosunun (FTB) başçısı Ceyms Komi Qış Olimpiadasının keçirilməsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün Rusiyaya onlarla agentin göndəriləcəyini bəyan edib.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti