Feminist + Anarxist = Femenxist - VİDEOBLOQ

  14 Mart 2020    Oxunub : 3738
 Feminist + Anarxist = Femenxist - VİDEOBLOQ
Martın 8-də Bakının mərkəzində bir qrup qadın qanunsuz aksiya keçirdi. Özünü feminist adlandıranların aksiyasında qaldırılan əxlaqa zidd şüarlar, səsləndirilən qeyri-etik fikirlər sosial şəbəkələrdə və ictimaiyyət arasında etirazla qarşılandı.
Yaşından, əqidəsindən, hətta siyasi baxışından asılı olmayaraq, hər kəs onları qınadı, xanım adına yaraşmayan hərəkətlərə yol verdiklərinə görə tənqid atəşinə məruz qaldılar.

Bəs, "8 Marş" çətirinə toplaşan həmin feministlər kimlərdir? Onların məqsəd və məramları nədən ibarətdir?

Azvision.az -ın əməkdaşı Bəxtiyar Məmmədov növbəti videobloqunda bu aksiyanın qaranlıq məqamlarına işıq salıb, feminist adı altında gizlənən "xanımların" əsl simalarını üzə çıxarıb.

Sözügedən videobloqu sizlərə təqdim edirik:



Teqlər: Aksiya