Bakı metrosunda problem yarandı

Bakı metrosunda problem yarandı
  02 İyul 2018    Oxunub:1736
Bu gün səhər saatlarında Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb.

"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AzVision.az-a bildirib ki, "Dərnəgül" stansiyasında "Həzi Aslanov-Dərnəgül" xəttinin avtomatik idarəetmə sistemində problem qeydə alınıb.
Onun sözlərinə görə, nəticədə qatarlar stansiyalara əllə idarəetmə hesabına qəbul edilib: "Buna görə də qatarların bir qismi "Memar Əcəmi", bir qismi isə "Azadlıq prospekti" stansiyasindan geri qaytarılıb və sərnişinlər düşürülüblər. Yalnız bəzi qatarlar "Dərnəgül" stansiyasına qədər hərəkət edib. Saat 09:21-də həmin problem tam aradan qaldırılıb".

AzVision.az


Teqlər: Metro   Problem   Qatar  





Xəbər lenti