"Azərbaycanda insan hüquqları yüksək səviyyədə qorunur" - Ombudsman

"Azərbaycanda insan hüquqları yüksək səviyyədə qorunur" - Ombudsman
  20 İyun 2018    Oxunub:5188
"Azərbaycan inkişafına görə ölkələr arasında qabaqcıl yer tutur"
AzVision.az xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Bakıda "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında deyib.

Ombudsman çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və həmin dövrdə ölkəmizin əldə etdiyi uğurlardan söz açıb. Bildirib ki Azərbaycanda qadınlara ilk seçki hüququnun verilməsi, ordumuzun yaranması, Bakı Dövlət Universitetinin yaranması 23 aylıq AXC-nin əldə etdiyi ən mühüm uğurlardandır.

Azərbaycanın ikinci dəfə 1991-ci illərdə qazandığını diqqətə çatdıran Ombudsman bildirib ki, müstəqilliyin qorunması Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olub: Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycan qısa müddətdə çox böyük inkişaf yolu keçib. Azərbaycanın bir çox ölkələrlə diplomatik əlaqələri var".

Ölkəmizdə insan hüquqlarının yüksək səviyyədə qorunduğunu deyən E. Süleymanova əlavə edib ki, bir sıra ölkələrdə ölüm cəzası qalsa da, Azərbaycanda bu cəza ləğv edilib.

Ombudsan qeyd edib ki, Azərbaycan insan hüquqlarının qorunması sahəsində beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir.

Bundan əlavə ölkəmizdə ombudsman təsisatının 15 illik uğurlu fəaliyyətindən danışan E.Süleymanova insan hüquq və azadlıqlarının qorunması məqsədilə həyata keçirilən müxtəlif tədbirlərdən, o cümlədən geniş maarifləndirmə işindən söz açıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Elmira-Süleymanova   Ombudsman  





Xəbər lenti