Salahın ilk qolu, ruslar sevindi - Yenilənib

Salahın ilk qolu, ruslar sevindi - Yenilənib
  20 İyun 2018    Oxunub:5434
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ikinci tura start verilib.
AzVision.az xəbər verir ki, "A" qrupunda yer alan meydan sahibləri Misir yığması ilə qarşılaşıb.

Sankt-Peterburq şəhər stadionunda keçirilən oyunu paraqvaylı referi Enrike Kaseres idarə edib.

***

Oyunda hesab açılıb. Misir futbolçusunun öz qapısına vurduğu avtoqolla Rusiya millisi hesabda önə çıxıb.

***

Rusiya millisi oyunun ikinci hissəsinə daha aktiv başlayıb. Meydan sahibləri hazırda 3 cavabsız qolla Misir yığmasını məğlub edir.

***

Matçda hesab yenidən dəyişib. Misirli ulduz futbolçu Məhəmməd Salah 11 metrlik cərimə zərbəsindən vurduğu qolla hesabda fərqli azaldıb. Hazırda oyun Rusiya yığmasının 3:1 hesablı üstünlüyü ilə davam edir.

***

Rusiya-Misir oyunu başa çatıb. Meydan sahibləri 3:1 hesablı qələbəyə qazanıblar.

AzVision.az


Teqlər: DÇ-2018   Rusiya   Misir  





Xəbər lenti