"Qarabağ"dan günün ikinci transferi

"Qarabağ"dan günün ikinci transferi
  03 İyun 2018    Oxunub:1449
Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” bu gün ikinci transferini rəsmiləşdirib.
AzVision.az-ın klubun saytına istinadən verdiyi xəbərə görə, Ağdam təmsilçisi gənc futbolçu Rahil Məmmədovu heyətinə cəlb edib. Mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına 2014/15-ci illər mövsümündə “Neftçi”də başlayan 23 yaşlı futbolçu geridə qalan mövsümün qış fasiləsində icarə əsasında “Səbail”ə keçib.

Rahil Məmmədov “Neftçi” formasıyla 43, “Səbail”in heyətində isə 13 dəfə meydanda olub. Müxtəlif yaş qrupları üzrə milli komandalarda çıxış etmiş Rahil Məmmədov bu ildən etibarən 2 dəfə əsas millimizə dəvət alıb.

Xatırladaq ki, "Qarabağ" bu gün Filip Ozobiçlə də 3 illik müqavilə imzalayıb.

AzVision.az




Teqlər: QarabağFK   Transfer   Futbolçu  





Xəbər lenti