Yeniyetməlik illərindən yazmağa başlayan Elisin ilk hekayəsi “Kölgənin ölçülməsi” 1950-ci ildə Şimali Ontario universitetində təhsil aldığı illərdə yazıb. Bu illərdə ofisiant işləyən Alis 1951-ci ildə universitet təhsilinin yarımçıq qoyub və Ceyms Manroyla ailə quraraq Vankuverə köçüb.
Qızları Şeyla, Ketrin və Cenni ilə Viktoriyaya köçən xanım yazıçı burada “Monronun kitabları” kitab mağazasını açıb. 1972-ci ildə həyat yoldaşından ayrılan Elis Ontarioya qayıdıb və yazmağa davam edib.
1976-cı ildə coğrafiyaşünas Cerald Fremlinlə ailə quran Monronun “Xoşbəxt kölgələrin rəqsi” adlı ilk hekayələr toplusu 1968-ci ildə nəşr olunub. Bu hekayələr yazıçıya Kanadanın ən nüfuzlu ədəbiyyat mükafatını qazandırıb.
1978-ci ildə işıq üzü görən “Guya sən özün kimsən ?” hekayələr toplusu ilə Monro general-qubernator mükafatını ikinci dəfə qazanıb.
1979-82-ci illərdə Avstraliya, Çin və Skandinaviya ölkələrinə səyahət edən Elis on üç hekayə kitabının müəllifidir.
2002-ci ildə qızı Şeyla Monronun uşaqlığı və anasının həyatından bəhs edən memuarlarını nəşr olunub.
Elis Monronun hekayələri The New Yorker, The Atlantic, Grand Street, Mademoiselle, и The Paris Rewiew kimi nüfuzlu qəzet və jurnallarda çap olunur.
Elisin “Ayı dağı keçdi” hekayəsi əsasında rejissor Sara Pollinin çəkdiyi “Ondan uzaqda” filmi 2006-cı ildə Toronto film festivalında nümayiş olunub, bir sıra mükafatlara layiq görülüb.
Bir neçə dəqiqə öncə Nobel Komitəsi "müasir qısa hekayə janrındakı ustalığına görə" Elis Munronu qalib elan edib. Ədəbiyyat üzrə Nobel mükafatına iddiaçılar arasında ilk beşlikdə yer alsa da Elis, bukmeyker sorğularında yaponiyalı Haruki Murakami, belorus yazçısı Svetlana Aleksiyeviç və amerikalı Kerol Outsdan geri qalırdı.
Onun sonuncu “Əziz həyat” hekayələr toplusu 2012-ci ilin payızında nəşr olunub. Bu ilin iyulunda isə xanım yazıçı ədəbi karyerasını bitirdiyini açıqlayıb.
Martda “The Millions” jurnalı ekspertlərin köməyi ilə XXI əsrin ən yaxşı 20 kitabını seçib və Elis Munronun “Qaçan” kitabı da siyahıda yer alıb.
2009-cu ildə yazıçı daha bir nüfuzlu ədəbiyyat mükafatına – Beynəlxalq “Buker” mükafatına layiq görülüb.
Munronu əbəs yerə ingilisdilli ədəbiyyatda “bizim Çexov” adlandırılmırlar. Bəzən səhvən onun 1971-ci ildə işıq üzü görən “Qızların və qadınların həyatı” hekayələr toplusunu roman adlandırsalar da Çexov kimi Munro da bütün yaradıcılığı boyu bir dənə də olsun roman yazmayıb.
Leyla Əliyeva