Avropa çempionatında daha bir medal qazandıq

Avropa çempionatında daha bir medal qazandıq
  19 May 2018    Oxunub:1348
Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.
Dördüncü yarış günündə 40, 46, 53, 61 və 69 kiloqram çəki dərəcələrində yeniyetmə qızlar yarışıb. Yığmamız iki çəkidə idmançılarla təmsil olunub və yarış gününü bir bürünc medalla başa vurub.

Qırx altı kiloqram çəki dərəcəsində mübarizə aparan Ayşən Yusifova ilk görüşündə Türkiyə təmsilçisinə qalib gəlsə də, yarımfinalda Ukrayna idmançısına uduzub. Güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Almaniya təmsilçisi ilə gərgin keçən görüşü son saniyələrdə qazandığı xallarla üstün tamamlayan Ayşən Yusifova çempionatın bürünc medalına yiyələnib.

AzVision.az


Teqlər: Güləş   Medal  





Xəbər lenti