Buffon "Yuventus"dan ayrılır

Buffon "Yuventus"dan ayrılır
  17 May 2018    Oxunub:1556
Canluici Buffon "Yuventus" klubundan ayrılacaq.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Buffon bildirib ki, şənbə günü "Verona" ilə keçiriləcək görüş onun "Yuventus" forması ilə sonuncu oyunu olacaq.

Tanınmış qapıçı qeyd edib ki, həm meydanda, həm də meydandan kənarda bir neçə maraqlı təklif alıb. O, yaxın vaxtlarda gələcək fəaliyyəti ilə bağlı qərarını açıqlayacağını da diqqətə çatdırıb.

Qeyd edək ki, Buffon 2001-ci ildən "Yuventus"un şərəfini qoruyur.

AzVision.az


Teqlər: Buffon   Qapıçı   İtaliya  





Xəbər lenti