“Bakı Marafonu 2018”in qalibi məlum oldu

“Bakı Marafonu 2018”in qalibi məlum oldu
  13 May 2018    Oxunub:1625
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2018”in qalibi müəyyənləşib.
“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda marşrutu 1 saat 6 dəqiqəyə qət edən Ukrayna vətəndaşı İqor Qlofrenko birinci olub.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.

Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunub.

AzVision.az


Teqlər: Bakı   Marafonu  





Xəbər lenti