Arda Turana 16 oyunluq cəza verildi

Arda Turana 16 oyunluq cəza verildi
  11 May 2018    Oxunub:2322
Türkiyə Superliqasının 32-ci turunda “Sivasspor”la oyunda hakimə qarşı kobud hərəkət edən “Başakşəhər”in futbolçusu Arda Turana ağır cəza verilib.
AzVision.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası yarımmüdafiəçini 16 oyunluq cəzalandırıb.

İntizam Komitəsi 31 yaşlı futbolçuya yan xətt hakimini itəlidiyi üçün 10, onu ölümlə hədələdiyi və təhqir etdiyi üçün isə 6 oyunluq cəza kəsib. Bundan əlavə Arda 19 min lirə cərimələnib.

AzVision.az


Teqlər: Arda-Turan  





Xəbər lenti