Karateçilərimiz Avropa çempionatında iştirak edəcək

Karateçilərimiz Avropa çempionatında iştirak edəcək
  03 May 2018    Oxunub:1391
Mayın 9-da kyokşin karate üzrə Azərbaycan yığma komandası Polşaya yollanacaq. Millimiz Vroslav şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.
28 ölkədən 400-dən çox idmançının qatılacağı mötəbər yarışda komandamız 15 nəfərlik heyətlə təmsil olunacaq.

Mayın 11-də start götürəcək çempionatın ilk günündə gənclər, ertəsi gün isə kişilər və qadınlar birincilik uğrunda yarışacaqlar.

AzVision.az


Teqlər: Karate   Avropa-Çempionatı  





Xəbər lenti