"Formula-1" pilotlarının start düzülüşü - SİYAHI (Yenilənib)

"Formula-1" pilotlarının start düzülüşü - SİYAHI (Yenilənib)
  28 Aprel 2018    Oxunub:2060
Bakıda "Formula-1" üzrə Azərbaycan Qran-Prisində sıralanma turu başa çatıb.
AzVision.az xəbər verir ki, sıralanma turunun qalibi 1:42.762 nəticə ilə "Ferrari" komandasının pilotu Sebastyan Fettel olub.

İkinci yerdə “Mercedes”in pilotu Luis Hamilton, üçüncü yerrdə isə “Mercedes”in digər pilotu Valterri Bottas qərarlaşıb.

Sabah təşkil olunacaq əsas yarışda pilotların sıralaması aşağıdakı kimi müəyyənləşib:

1. Sebastian Fettel 1:42.538 ("Ferrari")
2. Lyuis Hemilton ("Mercedes")
3. Valtteri Bottas ("Mercedes")
4. Daniel Rikkiardo ("Red Bull Racing")
5. Maks Ferstappen ("Red Bull Racing")
6. Kimi Raykonnen ("Ferrari")
7. Esteban Okon ("Force India")
8. Serxio Peres ("Force India")
9. Niko Hülkenberq ("Renault")
10. Karlos Sayns ("Renault")
11. Lens Stroll ("Williams")
12. Sergey Sirotkin ("Williams")
13. Fernando Alonso ("McLaren")
14. Şarl Lekler ("Sauber")
15. Kevin Maqnussen ("Haas")
16. Stoffel Vandorn ("McLaren")
17. Pyer Qasli ("Toro Rosso")
18. Markus Eriksson ("Sauber")
19. Brendon Hartli ("Toro Rosso")
20. Romen Qrojan ("Haas")

***
Bakıda Formula 1 üzrə Azərbaycan Qran-Prisində sıralanma turu başlayıb.

AzVision.az xəbər verir ki, tur 60 dəqiqə çəkəcək. Sıralanma yarışlarına 10 komandanın heyətində 20 pilot qatılıb.

Yarışlarda “Mercedes”in heyətində Luis Hamilton, Valterri Bottas, "Ferrari"nin heyətində Sebastyan Fettel, Kimi Raykkonen, "Red Bull"un heyətində Daniel Rikkardo, Maks Ferstappen, "Fors İndia"nın heyətində Serxio Peres, Esteban Okon, "Uilyams"ın heyətində Lens Stroll, Sergey Sirotkin, "Reno"nun heyətində Niko Hülkenberq, Karlos Sayns, “Toro Rosso”nun heyətində Pyer Qasli, Brendon Hartli, "Haas"ın heyətində Roman Qrojan, Kevin Maqnussen, "MakLaren"in heyətində Fernando Alonso, Stoffel Vandorn, "Sauber"in heyətində Markus Eriksson və Şari Lekler çıxış edir.

Xatırladaq ki, Bakıda Formula 1 üzrə Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşləri yekunlaşıb. Yarışın qalibi 1:43.091 nəticə ilə "Ferrari"nin heyətində Sebastyan Fettel olub. Finiş xəttini ikinci yerdə 1:43.452 nəticə ilə “Mercedes”in heyətində Luis Hamilton, üçüncü yerdə isə 1:43.519 nəticə ilə ilə "Ferrari"dən Kimi Raykkonen keçib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Formula-1   Yarış   Qran-Pri  





Xəbər lenti