F1-in üçüncü sərbəst yürüşləri yekunlaşıb

F1-in üçüncü sərbəst yürüşləri yekunlaşıb
  28 Aprel 2018    Oxunub:1343
Bakıda "Formula-1" üzrə Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşləri yekunlaşıb.
AzVision.az xəbər verir ki, yarışın qalibi 1:43.091 nəticə ilə "Ferrari"nin heyətində Sebastyan Fettel olub.

Finiş xəttini ikinci yerdə 1:43.452 nəticə ilə “Mercedes”in heyətində Luis Hamilton, üçüncü yerdə isə 1:43.519 nəticə ilə "Ferrari"dən Kimi Raykkonen keçib.

Qeyd edək ki, yarışda 10 komandanın heyətində 20 pilot qatılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Formula-1   Yarış   Qran-Pri  





Xəbər lenti