F1 üzrə üçüncü sərbəst yürüşlər başlayıb

F1 üzrə üçüncü sərbəst yürüşlər başlayıb
  28 Aprel 2018    Oxunub:1491
Bakıda Formula 1 üzrə Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşləri başlayıb.
AzVision.az xəbər verir ki, üçüncü sərbəst yürüş 60 dəqiqə çəkəcək.

Sərbəst yürüşlərə 10 komandanın heyətində 20 pilot qatılıb. Yarışlarda “Mercedes”in heyətində Luis Hamilton, Valterri Bottas, "Ferrari"nin heyətində Sebastyan Fettel, Kimi Raykkonen, "Red Bull"un heyətində Daniel Rikkardo, Maks Ferstappen, "Fors İndia"nın heyətində Serxio Peres, Esteban Okon, "Uilyams"ın heyətində Lens Stroll, Sergey Sirotkin, "Reno"nun heyətində Niko Hülkenberq, Karlos Sayns, “Toro Rosso”nun heyətində Pyer Qasli, Brendon Hartli, "Haas"ın heyətində Roman Qrojan, Kevin Maqnussen, "MakLaren"in heyətində Fernando Alonso, Stoffel Vandorn, "Sauber"in heyətində Markus Eriksson və Şari Lekler çıxış edir.

Qeyd edək ki, ötən gün "Formula 1" Azərbaycan Qran-Prisinin iki sərbəst yürüş keçirilib.

1 saat 30 dəqiqə davam edən ilk sərbəst yürüşlərdə yarışda 1:44.242 saniyə nəticə ilə "Mercedes" komandasının pilotu Valterri Bottas hamıdan üstün olub. "Red Bull"un heyətində Daniel Rikkardo qalibdən 0,035 saniyə, "Fors İndia" komandasının üzvü Serxio Peres isə 0,833 saniyə geri qalıb.

İkinci sərbəst yürüşdə hamıdan sürtəli "Red Bull"un heyətində Daniel Rikkardo olub. O, yarışda yarışda 1:44.795 saniyəlik nəticə göstərib.

İkinci pillədə 1:42.864 saniyə nəticə ilə "Ferrari"dən Kimi Raykkonen, üçüncü yerdə isə 1:42.911 göstərici ilə "Red Bull"-un digər təmsilçisi Maks Ferstappen qərarlaşıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Formula1   Azərbaycan  





Xəbər lenti