"Formula-1" üzrə ikinci sərbəst yürüş başladı

"Formula-1" üzrə ikinci sərbəst yürüş başladı
  27 Aprel 2018    Oxunub:1414
Bakıda "Formula-1" Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşü start götürüb.
AzVision.az xəbər verir ki, sərbəst yürüşlər 1 saat 30 dəqiqə davam edəcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüş keçirilib. 1 saat 30 dəqiqə davam edən yarışda 1:44.242 saniyə nəticə ilə "Mercedes" komandasının pilotu Valterri Bottas hamıdan üstün olub. "Red Bull"un heyətində Daniel Rikkardo qalibdən 0,035 saniyə, "Fors İndia" komandasının üzvü Serxio Peres isə 0,833 saniyə geri qalıb.

Sərbəst yürüşlərə 10 komandanın heyətində 20 pilot qatılıb. Yarışlarda “Mercedes”in heyətində Luis Hamilton, Valterri Bottas, "Ferrari"nin heyətində Sebastyan Fettel, Kimi Raykkonen, "Red Bull"un heyətində Daniel Rikkardo, Maks Ferstappen, "Fors İndia"nın heyətində Serxio Peres, Esteban Okon, "Uilyams"ın heyətində Lens Stroll, Sergey Sirotkin, "Reno"nun heyətində Niko Hülkenberq, Karlos Sayns, “Toro Rosso”nun heyətində Pyer Qasli, Brendon Hartli, "Haas"ın heyətində Roman Qrojan, Kevin Maqnussen, "MakLaren"in heyətində Fernando Alonso, Stoffel Vandorn, "Sauber"in heyətində Markus Eriksson və Şari Lekler çıxış edib.

AzVision.az


Teqlər: Formula-1   Yarış   Bakı  





Xəbər lenti