Sərbəst yürüşün qalibi müəyyənləşib - (Yenilənib)

Sərbəst yürüşün qalibi müəyyənləşib - (Yenilənib)
  27 Aprel 2018    Oxunub:1938
Bakıda keçirilən “Formula 2” yarışında sıralama turunun qalibi Fransanın “Dams” komandasının pilotu Aleksander Olbon olub.
AzVision.az xəbər verir ki, A.Olbon 1 saat 54 dəqiqə 48 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Böyük Britaniyanın “Carlin” komandasının pilotu Lando Norris ikinci, Fransanın “Art Grand Prix” komandasının sürücüsü Corc Rassel isə üçüncü yeri tutub.

***
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakı şəhər halqasında Formula 2 yarışı üzrə ikinci sərbəst yürüşlərə start verilib.

AzVision.az xəbər verir ki, yarışda 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı 2 pilot təmsil edir.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıda FIA Formula 2 sinfində avtoyürüşlərin praktiki sessiyası keçirilib. İlkin sərbəst yürüşdə "Carlin" komandasının braziliyalı pilotu Serjiu Sette Kamara hamıdan üstün olub. O, 1:57.136 dəqiqə nəticə ilə birincilik qazanıb.

İkinci yeri "Campos Vexatec Racing"in italiyalı pilotu Luka Gyotto (1:57.208), üçüncü yeri isə "MP Motorsport"un pilotu Ralf Boşunq (1:57.629) tutub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Formula-1   Yarış   Bakı  





Xəbər lenti