Bakı trasında ilk qəza - VİDEO

Bakı trasında ilk qəza - VİDEO
  27 Aprel 2018    Oxunub:1908
"Red Bull Racing" komandasının üzvü Maks Ferstappen Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşləri zamanı idarəetməni itirərək qəza törədib.
AzVision.az xəbər verir ki, bununla da hollandiyalı pilot yarışı yarımçıq tərk edib.

Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşünə yekun vurulub. 1 saat 30 dəqiqə davam edən yarışda 1:44.242 saniyə nəticə ilə "Mercedes" komandasının pilotu Valterri Bottas hamıdan üstün olub.

"Red Bull"un heyətində Daniel Rikkardo qalibdən 0,035 saniyə, "Fors İndia" komandasının üzvü Serxio Peres isə 0,833 saniyə geri qalıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Formula-1   Qəza  





Xəbər lenti