Bakıda "Formula-1" yarışlarına start verilir

Bakıda "Formula-1" yarışlarına start verilir
  27 Aprel 2018    Oxunub:2566
Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-Prisinə start veriləcək.

AzVision.az xəbər verir ki, Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar.
Birincilik uğrunda 10 komandadan 20 pilot mübarizə aparacaq. Yarış trekinin uzunluğu 6 kilometrdir. Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq.

Qeyd edək ki, bu gün "Formula 1" və "Formula 2" üzrə sərbəst yürüşlər təşkil olunacaq. Aprelin 28-də sərbəst və sıralama yürüşü, "Formula 2" üzrə isə birinci yarış keçiriləcək. Aprelin 29-da isə Azərbaycan Qran-Prisi, həmçinin "Formula 2" üzrə ikinci yürüş baş tutacaq.

AzVision.az


Teqlər: Formula-1  





Xəbər lenti