“Formula-1” üçün iki xəstəxana ayrılıb

“Formula-1” üçün iki xəstəxana ayrılıb
  20 Aprel 2018    Oxunub:1371
Səhiyyə naziri Oqtay Şirəliyev 27 – 29 apreldə “Formula-1 Azərbaycan Qran Prisi”ndə tədbirin iştirakçılarına və qonaqlara tibbi yardımı təmin etmək məqsədilə əmr imzalayıb.
Nazirlikdən AzVision.az-a bildirilib ki, əmrə əsasən, ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyası Mərkəzi Neftçilər Xəstəxanasında və Bakı şəhər Kliniki Tibbi Mərkəzdə təşkil ediləcək.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə nümayəndə heyətləri üçün ayrılmış mehmanxanalarda və iaşə müəssisələrində sanitariya-gigiyena qaydalarına əməl olunması ciddi nəzarət etmək tapşırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti