Avroliqada bütün yarımfinalçılar bəlli oldu - (VİDEO)

Avroliqada bütün yarımfinalçılar bəlli oldu - (VİDEO)
  13 Aprel 2018    Oxunub:1940
Avropa Liqasında 1/4 finalın cavab oyunları keçirilib.
AzVision.az-ın məlumatına görə, baş tutan 4 qarşılaşma ilə yarımfinala yüksələn komandalar müəyyənləşib.

MOİK və “Arsenal” qarşılaşması 2:2 hesablı bərabərliklə yekunlaşıb. Buna baxmayaraq, Arsen Vengerin komandası ilk görüşdə 4:1 hesablı qələbə qazandığından növbəti mərhələyə adlayıb.



"Atletiko” isə səfərdə “Sportinq”lə bacarmayıb - 1:0. Ancaq, Madrid klubu ilk oyunda 2:0 hesabı ilə qalib gəldiyindən mərhələ adlayan tərəf olub.



Öz meydanında “Latsio”nu qəbul edən “Zalsburq” 4:1 hesablı qələbəyə sevinib. İlk oyundakı 4:2 hesablı məğlubiyyətə baxmayaraq, “Zalsburq” əzmkar qələbə sayəsində mübarizəni davam etdirmək hüququ qazanıb.



Digər görüşdə “Marsel” “Leyptsiq”i qəbul edib. Almaniya klubu ilk görüşdə 1:0 hesablı qələbə qazansa da, səfərdə ağır məğlubiyyətə uğrayıb - 5:2. Bu qələbə isə “Marsel”i yarımfinala yüksəldib.



Qeyd edək ki, bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Avroliqa  





Xəbər lenti