Bu gün bütün yarımfinalçılar bəlli olacaq

Bu gün bütün yarımfinalçılar bəlli olacaq
  11 Aprel 2018    Oxunub:1490
Bu gün UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində cavab oyunları keçiriləcək.
İspaniyanın “Real Madrid” klubu doğma meydanda İtaliyanın “Yuventus” kollektivini qəbul edəcək. Komandalar arasında ötən həftə Turində oynanılan ilk görüş 3:0 hesabı ilə “Kral klubu”nun xeyrinə başa çatmışdı.

Digər oyunda İspaniyanın digər təmsilçisi “Sevilya” səfərdə “Bavariya”nın qonağı olacaq. İlk görüş Münxen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, artıq “Liverpul” və “Roma” klubları yarımfinala adlayıblar.

AzVision.az


Teqlər: UCL  





Xəbər lenti