Avroliqada gecənin nəticələri - 4 oyun, 14 qol (VİDEO)

  06 Aprel 2018    Oxunub : 789
Avroliqada gecənin nəticələri - 4 oyun, 14 qol (VİDEO)
Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
AzVision.az-ın məlumatına görə, “Arsenal” öz meydanıda Rusiyanın “MOİK” komandasını qəbul edib. Rəqibi 4:1 hesablı məğlubiyyətə uğradan “topçular” demək olar ki, yarımfinala vəsiqəni təmin edib.



“Atletiko” isə Madriddə “Sportinq”lə qarşılaşıb. 2 cavabsız qolla qalib gələn ispanlar yarımfinalın bir addımlığındadır.



“Zalsburq” səfərdə “Latsio”nun qonağı olub. Matç "Latsio"nun 4:2 hesab qələbəsi ilə yekunlaşıb.



“Leyptsiq” isə öz meydanında “Marsel”ə minimal hesabla qalib gəlib.



Kənan Məmmədov
AzVision.az

Teqlər: Avroliqa