Məmmədyarov bir sıra görüşlər keçirib

Məmmədyarov bir sıra görüşlər keçirib
  06 Aprel 2018    Oxunub:950
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının nazirlər konfransı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş, Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Krnadak və İraqın xarici işlər nazirinin müavini Said Şorş Xalid ilə görüşlər keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a görüşlərdə Azərbaycan ilə bu ölkələr arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair müzakirələr aparıldı. Qoşulmama Hərəkatının nazirlər konfransının yüksək səviyyədə təşkil edildiyini vurğulayan qonaqlar Azərbaycan hökumətinə minnətdarlıqlarını ifadə etdilər.

Onlar Bakı toplantısının beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyinə, Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik edəcəyinə əminliklərini bildirdilər.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti