"Müsbət elementlərdən istifadə etməliyik" - XİN rəhbəri

"Müsbət elementlərdən istifadə etməliyik" - XİN rəhbəri
  05 Aprel 2018    Oxunub:858
"Hazırkı iqtisadi durum inkişaf edən ölkələr üçün imkanlar, eyni zamanda çağırışlar və risklər daşıyır. Biz birlikdə beynəlxalq iqtisadi mühitin müsbət elementlərini istifadə etməliyik".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu gün Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin aralıq nazirlər konfransında deyib.

Onun sözlərinə görə, bir tərəfdən mövcud liberallaşma dövründə inkişaf etməkdə olan ölkələr qloballaşma prosesindən faydalanır, lakin digər tərəfdən isə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının dünya iqtisadiyyatı ilə sıx inteqrasiyası onları beynəlxalq iqtisadi vəziyyətin tendensiyasına həssas edir:

"Bu gün, qlobal iqtisadi tənəzzülün təsirləri ilə qarşılaşdığımız bir dönəmdə enerji, nəqliyyat və uzlaşmanın digər əlaqəli komponentləri ölkələrimizin iqtisadi və ticarət inkişafı üçün daha perspektivli amilə çevrilir. Buna görə, iqtisadi inkişaf üçün vacib bir şərt kimi, prioritet sahələr arasında ümumi olaraq nəqliyyat və uzalaşma məsələlərinin inkişafını vurğulamaq vacibdir".

Nazir bildirib ki, Azərbaycan regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməklə enerji və nəqliyyat layihələrinin təşəbbüsü və həyata keçirilməsi yolu ilə regional əməkdaşlığa öz töhfəsini verib. Belə ki, Azərbaycan davamlı enerji layihələrinin təşəbbüsü və həyata keçirilməsi yolu ilə daha geniş regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşdır. Xəzər, Qara və Aralıq dənizlərini birləşdirərək müxtəlif boru kəmərləri infrastrukturunu yaratdıq. Bu enerji layihələrinin reallaşdırılması enerji mənbələrinin diversifikasiyasına, həmçinin regionda və daha da kənarda enerji təchizatı və nəqliyyatının təhlükəsizliyini artıracaq.

"Ötən illər ərzində ölkəmiz təkcə Azərbaycanda deyil, eyni zamanda regionda da nəqliyyat əlaqələrinin inkişafı üçün genişmiqyaslı infrastruktur layihələri həyata keçirib. Bununla yanaşı Azərbaycan hökuməti malların maneəsiz və təhlükəsiz hərəkətinə əsaslanan genişmiqyaslı iqtisadi əməkdaşlıq və ticarətin inkişafı üçün əlverişli şərait yaradacaq Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb axınları boyunca digər maraqlı və qonşu dövlətlərlə birgə regional və trans-regional çox modallı nəqliyyat dəhlizlərinin inkişafı üçün mühüm addımlar atır".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Məmmədyarov   XİN  





Xəbər lenti