Məmmədyarov üzr istədi: "Bütün mesajlarınızı aldım"

Məmmədyarov üzr istədi: "Bütün mesajlarınızı aldım"
  28 Mart 2018    Oxunub:3139
Şahmatçımız Şəhriyar Məmmədyarov sosial şəbəkə vasitəsilə onu dəstəkləyən şəxslərə təşəkkür edib.

AzVision.az-ın məlumatına görə, qrossmeyster birinci ola bilmədiyi üçün azarkeşlərindən üzr istəyib:
“Dostlar, sizdən şikayətim yoxdur, sadəcə, məni dinləyin. Zamanım az olsa da, sizləri izlədim. Azərbaycanlı olsam da, mənə yox, italyana, erməniyə olan dəstəyi də gördüm. Demək istədiyim budur: yaxşı ki, varsınız. Sizlərə birincilik yaşatmadığım üçün üzr istəyirəm. Amma sonuncu olmaq hissiyatını yaxın belə buraxmadım. Çox sağ olun, mənə sona qədər inandınız. Bütün mesajlarınızı aldım. Cavab almadınızsa, üzrlü sayın, sadəcə, inanın. Yaxşı ki, varsınız. Biz geri qayıdacağıq. Uğurlar və 100 dəfə çox sağ olun”.

Qeyd edək ki, qrossmeyster Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində İddiaçılar Turnirində ikinci yeri tutub. İddiaçılar Turnirinin qalibi 9 xalla ABŞ şahmatçısı Fabiano Karuana olub.

AzVision.az


Teqlər: Şəhriyar-Məmmədyarov   Şahmat  





Xəbər lenti