Elmar Alıyev qızıl medal qazandı

Elmar Alıyev qızıl medal qazandı
  24 Mart 2018    Oxunub:2119
24-25 mart tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı davam edir.
AzVision.azxəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Qadınlardan sonra kişilər körpücük üzərinə qalxıblar. İlk olaraq çəkisi 56 kq-a qədər olan atletlər qüvvələrini sınayıblar. Qalib adına toplam 230 kq (100+130) çəkinin öhdəsindən gələn Elmar Alıyev qazanıb. İkinci yerə toplam 205 kq (92+113) nəticə ilə Saleh Alxasov, üçüncü yerə isə toplam 189 kq (82+107) nəticə qazanan İsa Həsənli sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

AzVision.az


Teqlər: Ağır-Atletika-Akademiyası   Yarış  





Xəbər lenti