Məmmədyarov yenə qələbəni əldən verdi

Məmmədyarov yenə qələbəni əldən verdi
  24 Mart 2018    Oxunub:1369
Berlində keçirilən şahmat üzrə iddiaçılar turnirinin 11-ci turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb.
Ş.Məmmədyarov rəqibi ilə oyunun 41-ci gedişində heç-heçəyə razılaşıb və şahmatçılar hərəyə 0,5 xalla kifayətlənməli olublar. Hər iki şahmatçının ilk dövrədəki qarşılaşması da bərabərliklə nəticələnmişdi.

Bu görüşdən sonra Azərbaycan şahmatçısı iki qələbə və doqquz heç-heçə ilə aktivindəki xalların sayını 6,5-ə çatdırıb. Qrossmeysterimiz hazırda bir görüş az keçirən turnirin lideri Fabiano Karuana ilə xalları bərabərləşdirib. Növbəti turda Ş.Məmmədyarovun rəqibi Liren Dinq (Çin) olacaq.

AzVision.az


Teqlər: Şahmat   Məmmədyarov  





Xəbər lenti