10 boksçumuz Avropa çempionatına yollanır

10 boksçumuz Avropa çempionatına yollanır
  23 Mart 2018    Oxunub:2263
Martın 25-dən aprelin 1-dək 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı keçiriləcək.
Azərbaycan Boks Federasiyasından AzVision.az-a verilən məlumata görə, Rumıniyanın Tırqu-Jiu şəhərində baş tutacaq yarışda Azərbaycan millisi də iştirak edəcək.

Yığmamızın məşqçilər korpusu qitə birinciliyində 10 idmançını sınamağa qərar verib. Belə ki, kişilərin mübarizəsində Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Ruslan Rüstəmov (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Nicat Məmmədov (69 kq), İsmayıl Hüseynov (75 kq), Cəbrayıl Yelekov (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) rinqə çıxacaqlar. Qadınların yarışında isə Aliyə Vəlizadə (57 kq) ilə Məryəm Cəbrayılova (69 kq) qüvvələrini sınayacaqlar.

Avropa çempionatında ölkəmizi hakim kimi Emil Qurbanəliyev təmsil edəcək.

Qeyd edək ki, bu gün saat 20:45-də səfərə yollanacaq komandamız aprelin 3-də Vətənə dönəcək.

AzVision.az


Teqlər: Boks   Avropa   Çempionat  





Xəbər lenti