Rəşad Sadıqovun komandası Kosovoya uduzdu

Rəşad Sadıqovun komandası Kosovoya uduzdu
  23 Mart 2018    Oxunub:1750
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
AzVision.az-ın məlumatına görə, U-21 yığmamız Kosovo yığmasının qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol ikinci hissədə vurulub. Yeddi oyundan sonra xallarını 10-a çatdıran Kosovo ikinci pilləyə yüksəlib. Azərbaycan yığması isə 6 oyundan 1 xal toplayıb və sonuncudur.

Qeyd edək ki, Rəşad Sadıqovun komandası növbəti oyununu martın 27-də səfərdə İrlandiyaya qarşı keçirəcək.

AzVision.az


Teqlər: Futbol   U-21   Kosovo  





Xəbər lenti