"Bəzi komandaların haqqı əlindən alınıb" - Qurban Qurbanov

"Bəzi komandaların haqqı əlindən alınıb" - Qurban Qurbanov
  22 Mart 2018    Oxunub:1809
"Bu il doğma meydanda ilk oyunumuzu Belarus millisinə qarşı keçirəcəyik. Futbolçularımız oyuna ciddi hazırlaşıblar. Bizi qarşıda hansı oyunların gözlədiyini hamı bilir. Sabahkı oyunla bağlı futbolçularla söhbətimiz olub. Oyunda ən doğrusunu etməyə çalışacağıq".
Bu fikirləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov Azərbaycan-Belarus yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

“U-21 millinin heyətində olan Ramil Şeydayevin və Mahir Mədətovun potensialına bələdəm. Belarusa qarşı oyunda onların meydana çıxmaq şansı az idi. Çünki həmin mövqedə başqa futbolçuları sınamaq istəyirəm. Millətlər Liqası ilə Avropa çempionatının seçmə mərhələsi fərqli yarışlardır. Bu gün heç bir milli komandanı zəif hesab etmək olmaz. Çünki onlar düşündüyümüzdən daha güclü, istəklidirlər. Bütün oyunlara nəticə qazanmaq üçün köklənəcəyik. Hər iki turnirdə şansımız var. Ancaq istəyirəm ki, futbolçular bu oyunların Azərbaycan üçün nə demək olduğunu bilsinlər”- Q.Qurbanov bildirib.

Baş məşqçi deyib ki, Makedoniya ilə oyunda VAR sistemindən istifadə olunacaq. İlk gündən bu sistemin tərəfdarı olmuşam. Çünki oyun zamanı müzakirələr yaradan epizodlar çox olub, bəzi komandaların haqqı əlindən alınıb. Ona görə də bu sistemin oyunlarımızda tətbiqinin tərəfdarıyam.

Matçın Bakı Olimpiya Stadionunda keçirilməsinin əhəmiyyətini qeyd edən millinin baş məşqçisi deyib: “Qarabağ” ilə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Bakı Olimpiya Stadionunda keçirilməsinin tərəfdarı deyildim. Ancaq oyunlar keçirildikdən sonra vəziyyətin fərqli olduğunu gördüm. Çünki stadiona daha çox azarkeş gəldi. Arena standartlara tam uyğundur”.

AzVision.az


Teqlər: Qurban-Qurbanov   Baş-Məşqçi  





Xəbər lenti