ÇL-da 1/8 finalın cavab oyunları başlayır
"Roma" öz meydanında "Şaxtyor"la qarşılaşacaq. Donetskdə keçirilən ilk görüşdə 2:1 hesablı məğlubiyyətə uğrayan “canavarlar” qalib gələrək mərhələ adlamağa çalışacaq.
Digər görüş "Mançester Yunayted" və "Sevilya" arasında keçiriləcək. Səfərdə heç-heçə edən “qırmızı şeytanlar” doğma azarkeşlər öündə qalib gələrək yoluna davam etmək niyyətindədir.
Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
AzVision.az
Teqlər: UCL