Deputatlarımız 2 qolla çempion oldular

Deputatlarımız 2 qolla çempion oldular
  11 Mart 2018    Oxunub:1917
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 100 illik yubileyinə həsr olunan parlament komandalararası beynəlxalq futbol turnirinə yekun vurulub.
Azərbaycanın parlament futbol komandası beynəlxalq turnirin qalibi olub.

Belə ki, “İnter Arena”da keçirilən final oyununda Azərbaycan və Ukrayna komandaları qarşılaşıblar. Oyunun birinci hissəsində hesab açılmayıb. İkinci hissəyə daha fəal başlayan Azərbaycan komandası 36-cı dəqiqədə Əli Abişovun qolu ilə hesabda önə çıxıb.

Matçın 60-cı dəqiqəsində Ukrayna komandasının üzvü Oleq Osuxovski hesabı bərabərləşdirib. Qarşılaşmanın sonuncu dəqiqəsində Musa Qurbanovun qolu ilə Azərbaycan komandasının qələbəsi rəsmiləşib. Beləliklə, Azərbaycan komandası görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb.




Teqlər:





Xəbər lenti