Boksçumuz "Strandja" turnirində bürünc medal qazanıb

Boksçumuz "Strandja" turnirində bürünc medal qazanıb
  25 Fevral 2018    Oxunub:1809
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində yarımfinal mərhələsinin döyüşləri yekunlaşıb. Bu mərhələdə Azərbaycan millisinin üzvü Məsud Yusifzadə rinqə çıxıb.
52 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz ukraynalı Dmitri Zamotayevlə qarşılaşıb. Döyüş Yusifzadə üçün uğurlu alınmayıb və rəqib qələbə qazanıb.

Nəticədə təmsilçimiz 69-cu dəfə keçirilən "Strandja" turnirini bürünc medalla başa vurub.

AzVision.az


Teqlər: Boks  





Xəbər lenti