Qış Olimpiya Oyunları başlayıb

Qış Olimpiya Oyunları başlayıb
  08 Fevral 2018    Oxunub:2232
Koreya Respublikasının Pxençan şəhərində XXIII Qış Olimpiya Oyunları başlayıb.
AzVision.az xəbər verir ki, Olimpiadanın startında kerlinq, dağ xizəyi, biatlon və xizəklə tramplindən tullanma yarışları keçirilir. “Pxençan-2018” Olimpiya Oyunlarında 92 ölkədən 2952 idmançı iştirak edir. Oyunlara ən çox idmançı ilə qatılan ölkə Amerika Birləşmiş Ştatlarıdır (242 atlet).

Olimpiadanın açılış mərasimi fevralın 9-da 35 min azarkeş tutumuna malik Pxençan Olimpiya Stadionunda təşkil olunacaq. Atletlər 7 idman növündə 102 dəst medal uğrunda yarışırlar. Martın 9-dan 18-dək Pxençanda Qış Paralimpiya Oyunları keçiriləcək. Paralimpiyaçılar 5 növdə 80 dəst medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Olimpiadada Azərbaycan 1 idmançı ilə təmsil olunur. Patrik Braxner dağ xizək idmanında yarışlara qatılacaq.

AzVision.az


Teqlər: Olimpiya-Oyunları  





Xəbər lenti