“Qarabağ” Rusiya klubuna qalib gələ bilmədi

“Qarabağ” Rusiya klubuna qalib gələ bilmədi
  18 Yanvar 2018    Oxunub:2242
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu bu gün ilk yoxlama oyununda Krasnodarın “Kuban” komandası ilə qarşılaşıb.
AzVision.az xəbər verir ki, oyun 2:2 hesabı ilə heç-heçə yekunlaşıb. “Qarabağ”ın heyətində Əfran İsmayılov və Zaur Fərzəliyev fərqləniblər.

Oyunun birinci hissəsində Qurban Qurbanov əsas heyət oyunçularını meydançaya buraxıb, ikinci hissədə isə ehtiyat oyunçularına şans verib.

Qeyd edək ki, “Qarabağ” növbəti yoxlama oyununu yanvarın 20-də Polşanın “Lexiya” komandasına qarşı keçirəcək.

AzVision.az


Teqlər: QarabağFK   Antalya   Oyun  





Xəbər lenti