Ukrayna prezidenti qazımızdan danışdı

Ukrayna prezidenti qazımızdan danışdı
  02 Mart 2013    Oxunub:1556
“Yeraltı qaz anbarlarımızı Azərbaycan qazı ilə doldurmaqla enerji daşıyıcılarının ölkəyə gətirilməsini diversifikasiya edə bilərik” .
TAP layihəsi “Şahdəniz” yatağından hasil olunan qazı Ukraynanın qərb sərhədlərinədək çatdıra bilər. Bu barədə dünən keçirilən mətbuat konfransda Ukraynanın prezidenti Viktor Yanukoviç bildirib.
Onun sözlərinə görə, Ukrayna yeraltı qaz anbarlarını Azərbaycan qazı ilə doldurmaqla enerji daşıyıcılarının ölkəyə gətirilməsini diversifikasiya edə bilər: “Biz istəyirik ki, bu boru xətti Ukraynanın qərb sərhədlərinə qədər də çatsın. Urenqoy-Pomarı-Ujqorod istiqamətində qazın nəql həcmi 40 mlrd. kubmetrə qədər aşağı düşüb, halbuki bu boru 120 mlrd. kub metr qaz nəql edə bilər. Bu o deməkdir ki, bizim Avropaya qazı ixrac etmək üçün əlavə imkanlarımız var”./apa/


Teqlər:





Xəbər lenti