Azadlıq radiosuna sərt İTTİHAM

Azadlıq radiosuna sərt İTTİHAM
  27 Fevral 2013    Oxunub:1304
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AGAT) Azadlıq radiosunu sərt ittiham edib.
Bu haqda açıqlama verən təşkilatın sədr müavini Nərgiz Xələf deyib ki, 3 gün öncə onu radioya dəvət ediblər və aldadıblar: “24 fevral tarixində Azadlıq radiosunda Şəhla Sultanovanun aparcılığı ilə Avropanın «evini yıxan» Azərbaycan jurnalistləri mövzusunda proqram oldu. Həmin proqrama qonaq kimi məni də dəvət etmişdilər. Amma onu da deyim ki, bir neçə gün öncə Şəhla Sultanova mənə zəng edərək mövzunun təkidlə kosmopolitizm və vətənpərvərlik olduğunu söyləmişdi. Bir neçə dəfə mövzunun bu istiqamətdə olacağını vurğuladı. Lakin proqrama başlar başlamaz saxtakarlıqdan və yalandan istifadə etməyi adət edən Azadlıq radiosunda mövzunun Avropanın «evini yıxan» Azərbaycan jurnalistləri olduğu aydın oldu”.

Nərgiz Xələf qeyd edib ki, bu ilk belə hal deyil. Bundan öncə də “Azadlıq radiosu” bu cür addım atıb: “AGAT olaraq Azadlıq radiosu tərəfindən biz artıq ikinci dəfədir yalan, iftira, böhtan və insan hüquqlarının pozuntusu ilə rastlaşırıq. Başqa mövzu altında bizi cəlb edib, həmin an proqramın mövzusunu dəyişmək kompromotiv, qərəzli və yalan mövqe sərgisidir. Tələb edirk ki, Azadlıq radiosu gəncləri aldatmasın, verilişin adı qonaqlara olduğu kimi çatdırılsın, gəncləri provokasiyaya sürükləməsin”.
(azxeber.com)



Teqlər:  





Xəbər lenti