Azərbaycan Avropa İttifaqı ilə danışıqlara başlayır

Azərbaycan Avropa İttifaqı ilə danışıqlara başlayır
  20 Yanvar 2017    Oxunub:1517
“Yaxın vaxtlarda Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli sazişin imzalanması üzrə danışıqlar başlayacaq”.
AzVision.az-ın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan danışıqlar üzrə nümayəndə heyətinin formalaşma prosesini davam etdirir.

Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar prosesinə toxunan nazir müavini qeyd edib ki, bu il ərzində Cenevrədə görüşün keçirilməsi nəzərdə tutulur.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti