Direktor etirazını bildirdi: `2987 xəstə növbə gözləyir`

Direktor etirazını bildirdi: `2987 xəstə növbə gözləyir`
  18 Yanvar 2017    Oxunub:1848
“Gözün buynuz qişasının toxumalarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulduğundan xəstələri əməliyyat edə bilmirik. Hazırda buna görə 2987 xəstə növbə gözləyir. Onların vaxtı gedir, əməliyyat olunmalıdırlar. Zamanında əməliyyat olunmasalar, görmə qabiliyyətlərini itiriə bilərlər”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov deyib.

Direktor bildirib ki, bu məhdudiyyətin aradan qaldırılması müsbət amil ola bilər: “Həmin xəstələrin 70 faizi gənclərdir. Müəyyən qurumlar var ki, xəstələri toplayıb xarici ölkələrə əməliyyata aparır. Onlar ölkəyə gəldikdən sonra fəsadlar yaranır. Çünki həmin xəstələr ambulator müayinədən keçməlidirlər”.

E.Qasımovin sözlərinə görə, Azərbaycanda bu əməliyyat pulsuz həyata keçirilir.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev qeyd edib ki, buynuz qişası toxumasını dünyasının dəyişən şəxslərdən götürmək olar, amma bunun üçün xüsusi klinikaların olması vacibdir: “Hələlik bu toxumanın Azərbaycana gətirilməsi ilə bağlı məhdudiyyət aradan qaldırılmalıdır. Bunun üçün Gömrük Məcəlləsinə dəyişiklik edilməlidir. Çünki həmin toxumalar gömrük keçid məntəqələrindəki rentgen aparatından keçirilə bilməz. Toxuma aparatdan keçirildikdən sonra fuknksiyasını itirir”.

Komitə sədri Əhliman Əmiraslanmov isə vurğulayıb ki, bu məhdudiyyət aradan qaldırılmalıdır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti