Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı
  25 Fevral 2013    Oxunub:1347
Azərbaycan prezidenti Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, 2013-cü ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşovun anadan olmasının 150 illiyi tamam olur.


Şərq mədəniyyətinin xüsusiyyətlərini və Avropanın demokratik dəyərlərini üzvi şəkildə birləşdirməklə xalqımızın tarixi nailiyyəti kimi meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında, onun beynəlxalq aləmin subyekti olaraq dünya dövlətləri tərəfindən tanınması və diplomatik münasibətlərinin qurulmasında böyük xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Xarici İşlər Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.


Teqlər:  





Xəbər lenti