Nigeriyada 200-dən çox yaraqlı məhv edilib

Nigeriyada 200-dən çox yaraqlı məhv edilib
  28 Mart 2024    Oxunub:579
Nigeriya hökumət qüvvələri son iki həftə ərzində keçirdiyi əməliyyat zamanı ölkənin müxtəlif bölgələrində 212 yaraqlını məhv edib, daha 252 silahlını həbs edib.
Bu barədə brifinqdə Müdafiə Nazirliyinin informasiya idarəsinin rəisi, general-mayor Edvard Buba bildirib. Onun sözlərinə görə, əməliyyat zamanı hərbi qulluqçular tərəfindən 233 ədəd müxtəlif növ silah-sursat, o cümlədən 115 avtomat aşkar edilərək götürülüb.

Ölkənin cənubunda hökumət qüvvələri də oğurlanmış 944 min litr xam neft və 171 min litr qeyri-qanuni istehsal olunan dizel yanacağını ələ keçirib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti