Fransada 867 narkotacir saxlanılıb

Fransada 867 narkotacir saxlanılıb
  27 Mart 2024    Oxunub:648
Fransa polisi narkotik satan 867 nəfəri saxlayıb.
Bu barədə Fransa daxili işlər naziri Jerald Darmanen “X” sosial şəbəkəsində məlumat verib. Əməliyyat Paris və onun ətraf ərazilərində, həmçinin Marsel, Lion, Lill, Klermon-Ferran və Dijon şəhərlrində keçirilib.

Onun sözlərinə görə, reydlər zamanı xeyli miqdarda silah və pul vəsaitləri müsadirə edilib. Məlumata görə, əməliyyatlara ümumilikdə 15 minə yaxın polis, jandarm və gömrük əməkdaşı cəlb olunub.


AzVision.az


Teqlər:





Xəbər lenti