"Hizbullah" İsrail mövqelərinə zərbə endirib

   "Hizbullah" İsrail mövqelərinə zərbə endirib
  18 Mart 2024    Oxunub:695
Livanda fəaliyyət göstərən "Hizbullah" terror qruplaşması İsrail Ordusunun 4 mövqeyini raketlər və artilleriya mərmiləri ilə hədəfə alıb.
AzVision.az xəbər verir ki, bu barədə qruplaşmanın "Telegram" kanalında məlumat yayılıb.

Hücumlar bir neçə dəqiqə ərzində bir-birinin ardınca meydana gəlib.

Bildirilib ki, ilk ilk zərbə "Havot Şəba" adlı əraziyə endirilib. Üçüncüsü Əl-Təhyat təpəsində İsrail hərbçilərinin toplaşdığı yerə, sonuncusu isə Əl-Bəyəz Bildə kəndinə yönəlib.

Dağıntı və itki barədə təfərrüat açıqlanmayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti