Qara zirə toxumu infarktdan qoruyur, arıqlamağı asanlaşdırır

   Qara zirə toxumu infarktdan qoruyur, arıqlamağı asanlaşdırır
  19 Fevral 2024    Oxunub:964
Siçovullar üzərində aparılan araşdırmalar göstərir ki, qara zirə toxumu ürəyi infarktdan qoruya bilər və arıqlamağınıza kömək edə bilər.
Bu barədə “Biomedicines” jurnalında dərc olunan icmal müəllifləri məlumat verib. Qara zirənin tərkibindəki timokinon maddəsi reaktiv oksigen növlərinin əmələ gəlməsini maneə törədir. Bu, azot oksidinin (NO) bioaktivliyini artırır və qan təzyiqini əhəmiyyətli dərəcədə azaldır. Qara zirənin iltihab əleyhinə sitokin zülallarının səviyyəsini də endirə bilir.

İltihab ürək-damar və digər xəstəliklərin inkişafında mühüm faktordur. Siçovullar üzərində aparılan təcrübələr təsdiq edib ki, qara zirə toxumları siçovullarda toksinin qəbulu nəticəsində yaranan infarkt zamanı ürək zədəsini azaldır.

Təcrübələr göstərib ki, qara zirə arıqlamaq üçün faydalı ola bilər: o, qida istehlakını və bağırsaqlarda şəkərin sorulmasını azaldır.


AzVision.az


Teqlər:





Xəbər lenti