“Hindistan Qafqazda müharibə istəyir” – Pakistanlı ekspert

   “Hindistan Qafqazda müharibə istəyir” –    Pakistanlı ekspert
  05 Avqust 2023    Oxunub:5537
“Hindistan Cənubi Asiyada yerləşsə də, Qafqazda müharibə ocağını alışdırmaq, bununla da dünyaya özünün strateji əhəmiyyəti haqqında siqnallar ötürmək istəyir”.
Bu sözləri AzVision.az -a açıqlamasında pakistanlı ekspert, “DND” saytının baş redaktoru Ağa İqrar Harun deyib. O bildirib ki, Hindistanda hakimiyyətdə olan “Baharata Canata Parti” müsəlmanlara qarşı amansız münasibətdədir və dünyanın harasında yaşamasından asılı olmayaraq, onların qətlə yetirilməsini istəyir. Ermənistana yardım etmək BCP üçün həm də bu baxımdan maraqlıdır.

Bundan başqa, ekspertin sözlərinə görə, Azərbaycan Kəşmir məsələsində daim Pakistanı dəstəklədiyi üçün, Hindistan Ermənistanı silahlandırmaqla bir növ Bakıdan qisas alır.

“Hindistan silahında Rusiya və Amerika texnologiyaları bir-birinə qarışdığından, o, rus silahından üstündür. Hindistan iqtisadi mənfəət üçün silah satır. Buna görə də Rusiyanın əsas tədarükçü olduğu MDB bazarına girməyə çalışır”,- ekspert vurğulayıb.

Samir Vəliyev
Tariyel Həsənov

AzVision.az



Teqlər: Hindistan  





Xəbər lenti