“Spayka”: Paşinyanın çirkli oyuncağı – Ədalət Verdiyevin şərhi

      “Spayka”:    Paşinyanın çirkli oyuncağı –    Ədalət Verdiyevin şərhi
  31 İyul 2023    Oxunub:4383
Paşinyan hökuməti əvvəlcə Azərbaycan ilə razılaşdırmadan Laçın yolu ilə Qarabağa "humanitar yük" göndərir, sonra isə bundan siyasi manipulyasiya aləti kimi istifadə etməyə çalışır. Qurduğu mənasız tamaşaya görə Ermənistandakı vergi ödəyicilərindən toplanan vəsaitləri Laçın sərhəd-keçid məntəqəsinin qarşısında gözləyən "Spayka" şirkətinə ödəməyə məcburdur.
Amma Nikol bu ödənişlərdən narahat deyil. Çünki "Spayka" işğalçı ölkənin ən böyük beynəlxaq daşıma şirkəti kimi yarandığı gündən Ermənistan rəhbərliyilə yaxın əlaqələrə malik olub. Ən azından 44 günlük Müharibə zamanı Paşinyan həm silah daşınması, həm də həlak olan erməni əsgərlərinin real sayını az göstərmək məqsədilə onların bir hissəsinin dondurucularda saxlanılması üçün bu sirkətin xidmətlərindən geniş istifadə edib. Dəyişən ancaq odur ki, "Spayka" şirkətinin soyuducu kameralara malik konteynerlərində saxlanın erməni əsgərlərinin cəsədlərini mənşəyi şübhəli yüklər əvəz edir.

Beləliklə, "Spayka" şirkətinin sürücülərinin Laçın Sərhəd-Keçid Məntəqəsində xidmət edən sərhədçilərimizin qarşısında "boynu bükük bənövşə" kimi gözləmələrinin xeyrini David Qazaryan və onun yuxarı eşalondakı hamilərinin cibinə axacaq. Hay sürücünün günlərlə isti günəş altında yuyunmadan, yarı ac-yarı tox, həm də qorxu içində əzab çəkməsi Ermənistanda heç kimə maraqlı deyil.

İrəvanın "humanitar yük" şousunun uğursuzluğu bir daha nümayiş etdirdi ki, onun və müttəfiqlərinin Azərbaycana real təzyiq mexanizmləri mövcud deyil. Aİ-nin bəzi ölkələri, İran, Hindistan və Rusiya bu məsələdə haylara mənasız məsləhətlər verməkdən başqa heç nə edə bilmirlər. Qarabağ və Laçın yolunun açılması məsələsində yalqız qalan Ermənistan növbəti dəfə "dalan" vəziyyətindədir. Bu məsələlərin həllində qalib Azərbaycan qarşısında kifayət qədər zəif təəssürat bağışlayır. Ermənistanın bu vəziyyətə salınması isə Azərbaycanın və İlahi Ədalətin qələbəsidir.

Azərbaycan verdiyi bəyanatlardan geri addım atmayacaq və Laçın məntəqəsinin qapılarını humanitar yüklərin daşınması üçün açmayacaq qədər güclüdür. Ermənistan ya Bakının təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə edəcək, ya da mövcud olmayan reysə bilet almış axmaq sərnişin kimi istədikləri qədər sərhəddə gözləyə bilərlər.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Laçın   Spayka  





Xəbər lenti