Kim Çen In evdə it saxlamağı qadağan etdi

Kim Çen In evdə it saxlamağı qadağan etdi
  17 Avqust 2020    Oxunub:3761
Şimali Koreya lideri Kim Çen In evdə it saxlamağı qadağan edib.
Azvision.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilir ki, Şimali Koreya hökuməti kapitalizmin simvolu olduğu üçün insanları ev itlərini təhvil verməyə məcbur edib.

Ev itlərini burjua ideologiyasının korlanmış tendensiyası adlandıran Kim Çen In onları saxlayan insanların qanunu pozduqlarını deyib. Heyvan sahibləri isə itlərin ölkənin ərzaq qıtlığını aradan qaldırmaq üçün istifadə olunacağından qorxurlar.

KXDR-dən olan bir mənbə Cənubi Koreyanın "Coson İlbo" qəzetinə ev itlərinin zorla götürüldüyünü və evtanizasiya edildiyini, bəzilərinin dövlət zooparklarına göndərildiyini və ya it əti restoranlarına satıldığını bildirib.

Qəzetin yazdığına görə, qadağa Pxenyanın orta təbəqəsinin nümayəndələri üçün gözlənilməz olub.

KİV yazır ki, Cənubi Koreyada it əti artıq populyarlığını itirməkdədir, lakin Şimali Koreyada ona tələbat qalmaqdadır.

BMT-nin məlumatına əsasən, Şimali Koreya əhalisinin 60% -ə qədəri beynəlxalq sanksiyalar nəticəsində ərzaq çatışmazlığı ilə üzləşib. Koronavirus səbəbindən Çin ilə sərhədin bağlanmasından sonra vəziyyət daha da ağırlaşıb.

Şimali Koreya lideri heç bir xarici yardımı qəbul etməyəcəyini və öz gücünə mübarizə aparacağını bəyan edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ŞimaliKoreya  





Xəbər lenti