Lukaşenko yeni seçkilərin keçiriləcəyini vəd etdi

Lukaşenko yeni seçkilərin keçiriləcəyini vəd etdi
  17 Avqust 2020    Oxunub:3618
Belarus Prezidenti Aleksandr Lukaşenko yeni prezident seçkilərinin keçiriləcəyini vəd edib.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Lukaşenkonun sözlərinə görə, prezident seçkiləri yeni Konstitusiyanın qəbulundan sonra keçiriləcək.

“Belarusda yeni prezident seçkiləri referendumda yeni Konstitusiya qəbul edildikdən sonra baş tuta bilər. Belə olacaq. Yeni Konstitusiyanı qəbul etməliyik. Hətta alternativ insanlar da buna qarşı deyillər. Bundan sonra, istəsəniz parlament, prezident, yerli hakimiyyət orqanlarına seçkilər keçirə bilərik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Lukaşenko  





Xəbər lenti