Tramp Co Baydenlə debata hazırdır

 Tramp Co Baydenlə debata hazırdır
  17 Avqust 2020    Oxunub:3283
ABŞ Prezidenti Donald Tramp Demokrat Partiyasının prezidentliyə namizədi Co Bayden ilə debata hazır olduğunu açıqlayıb.
Azvision.az "Fox News"a istinadən xəbər verir ki, Tramp rəqibinin debata hazır olmadığını əlavə edib.

"Biz debat istəyirik. Biz hazırıq. Müzakirələrdən biri erkən səsvermədən əvvəl olmalı idi, amma görürük ki, Co debat istəmir", - Tramp deyib.

Onun sözlərinə görə, əgər Bayden debata tab gətirə bilsə, deyəcək ki, bu, tarixindəki ən yaxşı çıxış idi.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabr ayında keçiriləcək.

Pərvanə Sulltanova
Azvision.az


Teqlər: Tramp  





Xəbər lenti